Şirkətimiz Xerox Versant 80 rəqəmsal çap avadanlığının şəhərimizdə ilk sahiblərindəndir. Bu çap avadanlığı digərlərindən çap sürətinə görə xeyli fərqlənir. Belə ki, Ultra HD texnologiyasına əsaslanaraq qalınlığı 52-350 q/m2 arasında olan materiallarda tam rəngli rejimdə dəqiqədə 80 vərəq çap etmək imkanına malikdir. Eyni zamanda çox kiçik ölçülü yazıların tam dəqiq görüntüdə çap olunması mümkündür. Avadanlıq eyni anda 300 q/m2 kağızı dupleks (iki tərəfli) çap edə bilir. Maksimal olaraq 350 q/m2 kağızı çap etmək olar. Çap keyiyyətinə nəzarəti avtomatlaşdırmaq üçün avadanlıq SIQA (Simple Image Quality Adjustment) alətlər paketinə malikdir. Onun köməkliyi ilə iki tərəfli çaplada tənzimləmə, kağız üzərində rəngin bərabər yayılması kimi işləri həyata keçirir.