Təqvim gündəlik və iş həyatımızda daha çox istifadə olunan çap məhsullarından biridir. Onun divar, stolüstu, cib təqvimi kimi növləri vardır və hər biri fərqli qaydada hazırlanma texnologiyasına malikdir. Stolüstü təqvim hazırlanan zaman oturacaq hissəsi qalın karton məmulatından hazırlanır və yuxarıdan metal prijinlə cildlənir. Karton məmulatı keyfiyyətli cild materialı ilə üzlənir. Çap texnologiyası qismində həm rəqəmsal həm də ofset üsulundan istifadə olunur. Stolüstü təqvimin üçbucaq forması da olur. Həmin təqvim çap olunaraq orta hissəsindən qatlanır və yapışdırılır. A5 və qeyri-standart formatda hazırlanır. Dizaynı hazır olan təqvimin maketi açıq formada və qatlanacaq sahələr gostərilməklə təqdim olunmalıdır. Hazırlanma müddəti çap üsulundan və tirajından asılı olaraq bir günlə bir neçə gün arasında dəyişə bilər.