Müxtəlif formatlarda iri həcmli informasiya daşıyıcısı kimi CD və DVD disklər xüsusi yeri tutur. 120 mm diametrdə olan disklərin üzərində fərqli üsullarla çap həyata keçirilir. Eyni zamanda disk içərisində olan məlumatların xüsusi blok vasitəsilə köçürülərək tirajlanması da mümkündür. Çapın uzunmüddətli olması və diskin özəl görünməsi məqsədilə disk qutuları, yəni disk koverləri hazırlanır. Koverlər müxtəlif formalarda əsasən 250-300 qr. sadə və fakturalı kağızdan hazırlanır. Hazırlanma prosesi zamanı xüsusi kəsimdən istifadə olunur. Koverin daha keyfiyyətli görünməsi üçün laminasiya ilə üzlənir. Dizayn qismində kover üzərinə əsasən tanıdıcı xarakterli məlumatlar yerləşdirilir.
Disklərin standart hazırlama müddəti tirajdan və çap üsulundan asılı olaraq bir saatdan bir neçə günə qədər ola bilər.