Folder (qovluq) şirkətin korporativ uslubuna uyğun olaraq hazırlanan çap məhsullarından biridir. O tədbirlərdə və ya gündəlik iş həyatında şirkətin korporativ sənədlərinin təqdimatı üçün istifadə olunur. Qovluqların çapında əsasən qalın kağızlara üstünlük verilir. Çap keyfiyyətini qorumaq məqsədilə adətən laminasiya olunur. Folder A4 format üçün nəzərdə tutulur və həm birtərəfli, həm də ikitərəfli çap oluna bilər. Qovluğun cib hissəsində isə dizayna görə vizit kartı və ya disk üçün yer nəzərdə tutula bilər.
Qovluğun hazırlanma vaxtı çap üsulundan və sayından asılı olaraq bir gündən bir neçə günə qədər ola bilər. Qeyri-standart folderlərin hazırlanma qiyməti fəqrli qaydada hesablanır.