İpək çapı - görüntünü həkk olunmuş xüsusi formadan rakelin köməkliyi ilə boyanın çap olunan materiala yayılması yolu ilə əldə edilən çap növudür. Bu çap texnologiyası kifayət qədər sadə və sərfəli üsuldur. İlk dəfə qədim çində bu texnologiyadan istifadə olunmuşdur ki, bu da tirajlı təsvirlərin formalaşmasına imkanı yaranıb. Halhazırda bazarda ipək çapı metodu ilə çap olunmuş çoxlu sayda məhsullara rast gəlmək olar. İpək çapı üçün avadanlıqlar praktiki olaraq istənilən formalı istənilən materialda tez və çox tirajlı çapa imkan verir. Poliqrafiya çapında insan ipək çapından universal üsul fikirləşməyib. İndi müasir texnologiyalar sayəsində çap prosesi çox rahat olub. Bu yüksək keyfiyətli, tutqun və parlaq, suyadavamlı, parlaq boyalar, qızılı, gümüşü, ağ (qara kağızda) çapın imkanıdır. İpək çapının imkanları çox genişdir, çap işinin bəzi növlərini digər üsullarla etmək mümkün deyil. Üzərinə "ipək" çəkilmiş taxta çərçivəyə fotoforma yerləşdirilir (ağ-qara çap olunmuş təsvirin plyonkası) və xüsusi lampanın altında işıqlandırırlar. İşıqlandırmadan sonra çərçivəni su ilə yuyurlar. Sonra quruma. Artıq çərçivədə çap matrisi alınacaq. Matrisi ipək çapı dəzgahına bərkidirik, boya tökülərək rakelin köməyi ilə onu çap olunan məmulatın üzərinə yayılır.
Fotonu ipək çapı ilə çap etmək üçün 10-100 dpi (düym uzərindəki xətlər) rastrlarından istifadə edilir. Onlar nə qədər çox olarsa təsvir o qədər keyfiyyətli olar.
Tamrəngli təsvirlərin çapı üçün CMYK çapları üçün olan xüsusi boyalardan istifadə edilir. Boya yaxma nəticəsində yeni rəng və çalarlar yaranır, əgər boya qeyri-şəffaf olsa heç nə alınmayacaq.
Beləliklə ipək çapının üstünlükləri:
1. prosesin sadəliyi;
2. aşağı qiymətinə görə sərfəli avadanlıq;
3. müxtəlif tip materiallar üzərində çap imkanı;
4. vurulan boyanın əhəmiyyətli dərəcədə qalınlıqı və ipək çapı boyalarının parlaqlığı spesifikasiyası;
5. çap olunmuş materialın uzunömürlülüyü;
6. xarici təsirlərə davamlılığı;
7. kiçik və orta tirajların çapında qənaət;
8. çapın digər üsulları ilə mümkün olmayan, xüsusi qərarlar və dəyərləri eyni olduğu halda daha yaxşı üstə çəkmə;
İpək çapının istifadəsi sahəsi genişdır. Texnologiya çox sadədir. Lövhə və plakatlardan başqa ipək çapının imkanları pos-materiallar, vitrinlərin tərtibatı, bir çox supermarketlərin böyükformatlı qrafiki-pərdələr, müxtəlif sayda reklam məmulatları, nisbətən xarici reklama yaxın olan, reklam futbolkaları, xüsusi geyimlər, plastik və kağız kartonlar və s. ilə istiqamətlənir.