Şəxsi kabinet
MƏHSUL KATEQORİYASI
Onlayn sifariş

İri formatlı çap

İri formatlı çap dedikdə iç və çöl reklamlarının hazırlanmasında istifadə olunan rulon şəkilli materiallar üzərində çap nəzərdə tutulur. Bu çap növü əsasən kağız, vinil, banner, flesk, tekstil, holst və s. materialların çapı zamanı tətbiq olunur. Onlardan da öz növbəsində reklam xarakterli konstruksiyalarının yığılmasında, nəqliyyat vasitələri üzərində reklamların yerləşdirilməsində, vitrinlərin üzlənməsi kimi işlərdə istifadə olunur. İri formatlı çapların tətbiqi növünə görə solvent və ekosolvent kimi kateqoriyaya ayrılır. Ekosolvent çap əsasən interyer, solvent isə eksteryer çap işləri üçün nəzərdə tutulmuşdur. Belə çapı həyata keçirən avadanlıqlar 1440x2882 dpi icazəyə qədər və saatda 52 kv.m tam rəngli çap imkanına malik olurlar. Ekosolvent çap zamanı istifadə olunan boyaların tərkibində insan sağlamlığı üçün zərərli tərkibə malik birləşmələrə yoxdur. Piqmentli və su əsaslı boyalardan fərqli olaraq bu növ boyalar çap materiallarının səthinə daha yaxşı həkk olunur və rütubətə qarşı davamlı olur.
İri formatlı çap texnologiyasına əsasən çap avadanlıqları boya əsaslı, elektroqrafik və termotransfer kimi növlərə ayrılır. Boya əsaslı (inkjet) iriformatlı çap avadanlıqları tətbiq olunan boyaların tipindən asılı olaraq geniş diapazona malik materiallar üzərinə çap etmək imkanı yaradır. Bu növ çap avadanlıqlarının eni 5 metrə qədər ola bilər. Belə avadanlıqlar çap zamanı su əsaslı, solvent və ultrabənövşəyi boyalardan istifadə edir.
Su əsaslı boyalarlda həkk olunduğu material boyanı hopduran xüsusi örtüyə malikdir. Bu boyalar adətən rütubətə qarşı dözümlü olmur və rənglər tez solur. Bunun üçün onların üzərinə əlavə olaraq şəffaf laminasiya plyonkası vurulur.
Solvent boyalarla çap zamanı tətbiq olunan materiallar adətən PVX örtüyə malik olur. Bu növ boyalar rütubətə qarşı dözümlü olur lakin boyanın solma müddəti (çöldə istifafə edilən zaman) 3 ilə qədərdir. İstifadə müddətini artırmaq məqsədi ilə materiala adətən gün şüasına qarşı lak vurulur.
Ultrabənövşəyi boyaların polimerləşməsi UF şüalanma altında baş verir. Belə boyalardan istifadə edən avadanlıqların konstruksiyasından asılı olaraq həm yumşaq, həm də bərk materiallar üzərində çap etmək olar.
İriformatlı çap texnologiyasıda elektroqrafik iriformatlı çap avadanlıqlarından da istifadə olunur. Onların eni 91 sm qədər olan böyük lazer printerlər də adlandırmaq olar. Belə avadalıqlar sxemlərin, layihələrin və reklam plakatlarının çapı zamanı istifadə edilir. Avadanlıq sadə kağızda və yüksək sürətlə çap etmə imkanına malikdir. Bundan əlavə termotransfer çap avadanlığından da istifadə olunur. Onlar termiki çap başlığına malik olurlar. Bu avadanlıqla adətən özüyapışan PVX-plyokalarda çap həyata keçirilir. Bu avadanlıqların eni 120 sm qədər olur və həm çap, həm də kəsim xüsusiyyətlərini özündə birləşdirir. Bu avadanlıqların elektrotexnika, maşınqayırma sahəsində və ya adi stikerlərin hazırlanmasında tətbiq olunur.