Şəxsi kabinet
MƏHSUL KATEQORİYASI
Onlayn sifariş

Ofset çapı

Qeyd edək ki, ofset çapında məhsul ilkin olaraq çapa hazırlıq mərhələsindən keçir. Hazır maketin plyonkaya çap olunması üçün fotoyığım avtomatdan istifadə olunur. Ofset çapında lazım olan məhsulun alınması üçün bütün rənglər növbə ilə çap olunur. Buna görə də görüntünü təşkil edən hər bir rəng üçün (CMYK) və ya qarışıq rəng rejimi üçün (PANTONE) ayrı plyonka çap olunur. Fotoyığım avtomatı rəngləri ardıcıllıqla bir neçə min dpi keyfiyyətilə çap edir. Plyonkalar hazır olduqdan sonra mətbəədə onların çap plitəsinə keçirilməsi lazımdır. Bu plitə xüsusi fotohəssas laydan ibarət olan düzbucaqlı metal list formasındadır. Bundan başqa kiçik həcmli sifarişlər üçün nəzərdə tutulmuş polimer və kağız plitələrdən də istifadə olunur.
Bu növ plitələr qısa müddətlidir və tamrəngli çap üçün nəzərdə tutulmamışdır. Plyonkanın ultrabənövşəyi işıqlanması zamanı fotohəssas plitənin layı öz xüsusiyyətlərini dəyişir. Bu proses çərçivənin köçürülməsi ilə həyata keçirilir. Sonra isə lövhə yuyularaq oradan əsas layın qalıqları təmizlənir. Nəticədə lövhədə görüntünün tam şəkli qalacaqdır. Bu üsulla hazırlanan lövhə ofset maşınına yerləşdirilir. Çap maşınının əsas təyinatı görüntünü ofset lövhəsindən kağız üzərinə köçürülməsindən ibarətdir. Rəngin kağız üzərinə köçürülməsi prosesi belədir: rəngötürmə bərabər qayda olmaq şərtilə fırlanan valların arasından çap forması quraşdırılmış silindrin üzərindən keçən boya yayılır. Daha sonra boya formasında rezin örtüklü çap silindirinə ötürülən boya oradan vərəqə köçürülür.
Eyni zamanda çapçılar tərəfindən belə maşınların köməkliyi ilə çoxlu sayda işlər görülür və müxtəlif materiallardan istifadə olunur. Bu proses özlüyündə çətin olsa da genişmiqyaslıdır. Əlavə olaraq çap maşının traktını kağızın ölçüsünə və qalınlığına uyğunlaşdırmaq, rəngötürmə sisteminə, boyanın qalınlığına nəzarət etmək və s.
Bütün tənzimlənmə və çap işləri növbə ilə hər rəng üçün həyata keçirilir. Bir rəngli çap maşınlarında fərqli olaraq çoxrəngli ofset maşınlarında hər rəngin çapı üçün ayrıca rəng bölməsi nəzərdə tutulur. Belə avadanlıqların istehsal qabiliyyəti də təbii ki, yüksəkdir.
Qeyd edək ki, çap prosesinin son mərhələsi kəsimdir. Yəni maşınından çıxmış nüsxələr lazımı formata uyğun olaraq doğranılır. Bunun üçün çapda xüsusi kəsim nişanları qoyulur və kəsim buna uyğun olaraq aparılır.